Daha bir yolda hərəkət məhdudlaşdırılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

"Report" bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.  

"Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur",- deyə Agentliyin məlumatında qeyd olunub. 

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25