Bu gün Masazır qəsəbəsinin bir hissəsinə su verilməyəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

"Azərsu" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, suyun verilməsində fasilə yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar tətbiq ediləcək.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28