Bu gün Ağcabədidə su kəsiləcək

Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Digər xəbərlər

Maştağada iki gün su olmayacaq 10 mart, 2026 / 17:50