Biləsuvar şəhərinin bəzi hissələrində yaranan internet problemi həll edilib.
Bu barədə Report"un Muğan bürosuna "Aztelekom" MMC-dən məlumat verilib.
Qeyd olunub ki, 2025-ci il aprelin 7-də Biləsuvar şəhərinin Təyyarə meydanı, həmçinin rayonun Aşağı Cürəli və Əsgərabad kəndləri istiqamətində FO kabelində zədələr aşkarlanıb.
Aşkar olunan nasazlıqlar profilaktik tədbirlər nəticəsində aradan qaldırılıb və rabitə xidmətlərinin işləməsi təmin edilib.