“Bərdə” gəmi-bərəsi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb.

ASCO-dan “Report”a verilən məlumata görə, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 14 yanvar, 2026 / 08:10