“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytardı

Fevralın 18-də Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin 3 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən məktəbli noutbukunu avtobusda unudaraq gedib.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, sürücü Qafar Amanov noutbuku taparaq sahibinə qaytarıb. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53