“Baku Steel Company” "Bakı Metropoliteni"nə armatur satacaq

"Bakı Metropoliteni" QSC armatur alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Baku Steel Company” MMC-dir.

Qalib şirkətə 3,717 milyon manat ödəniləcək.

Digər xəbərlər