Kurık və Bakı limanı sərnişin daşımalarının bərpasına hazırdır.
"Report" xəbər verir ki, bunu Kurık Limanının baş direktorunun müavini Bakıtkerey Alibekov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildən Kurık limanı ilə Ələt limanı arasında "Dağıstan" tipli bərələrlə sərnişin daşımalarını həyata keçirilirdi: "COVİD19 pandemiyası yayılandan sonra, yəni 2020-ci ilin mart ayında sərnişin daşımaları dayandırıldı. O vaxtdan bəri limanlarımız arasında sərnişin daşımaları həyata keçirilmir".
O qeyd edib ki, hazırda sərnişin daşımalarının bərpası gündəmdədir: "Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə onlayn müşavirə keçiririk. Yəni bu istiqamətdə danışıqlar gedir".
O vurğulayıb ki, hər iki liman sərnişin daşımalarının bərpasına hazırdır.