Bakının Ziya Bünyadov prospektində sıxlıq

Bir qədər əvvəl Bakının Ziya Bünyadov prospektində, "Çermet körpüsü" adlanan yerdə (metronun “Koroğlu” stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

"Bu səbəbdən hazırda prospektin bu hissəsində sıxlıq müşahidə olunur", - o deyib.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25