Bakının Xətai rayonunda su kəsiləcək

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunun Məhəmməd Hadi, Xudu Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Report" bu barədə Azərsu" ASC-yə istinadən xəbər verir. 

Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28