Bakının Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Digər xəbərlər

Maştağada iki gün su olmayacaq 10 mart, 2026 / 17:50