Bakının Nəsimi rayonunda su kəsiləcək

Bu gün və sabah Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

“Report” bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir. 

Məlumata görə, buna səbəb sözügedən küçədə yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulmasıdır. 

"Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik", - məlumatda qeyd olunub. 

Digər xəbərlər