Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Bakının Nərimanov rayonunun Molla Cümə küçəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb küçənin su təchizatı sistemində yenidənqurma işlərinin aparılmasıdır.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, - məlumatda qeyd edilib.