Bakının iki əsas magistralında maksimal sürət həddi bərpa edilib

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda yağışla əlaqədar iki əsas magistralda azaldılan sürət həddi bərpa edilib. 

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"Yağışlı hava ilə əlaqədar olara Bakının 2 əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/ saat endirilən maksimal sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb",- deyə məlumatda qeyd edilib. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53