Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb

Bakının Heydər Əliyev prospektinin orta yolunda - mərkəz istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb təmir işləridir.

“Bu səbəbdən, qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur”, - məlumatda qeyd olunub. 

Digər xəbərlər