Bakı Nəqliyyat Agentliyi (BNA) 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində paytaxtın Bülbül prospektinin və Məhəmməd Füzuli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edəcək.
Bu barədə "Report"a BNA-dan bildirilib.
Məlumata görə, bu məqsədlə bu gün saat 23:00-dan sabah saat 06:00-a qədər qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.