Bakının bəzi yollarında sıxlıq müşahidə edilir.
“Report” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.