Bakıdan Həştərxana növbəti aviareys ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar bu günə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Xəbər lenti