Bakıdan Gürcüstanla sərhəddə qədərki avtomobil yolunda rənglənmə işləri aparılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün və sabah Bakı - Ələt – Qazax – Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

“Report” bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, bununla əlaqədar yolda hərəkət məhdudlaşdırılmır. Amma həmin ərazidə sürücülərdən diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28