Bakıda qanunsuz parklama ilə mübarizəyə daha 6 milyon manat xərclənəcək

Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz parklama hallarının qarşısının alınması məqsədi ilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulması və 2 illik texniki xidmətlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Sinam” MMC-dir.

Qalib şirkətə 6 066,8 min manat ödəniləcək.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25