Bakıda pandusların sayı 300-ü keçib

Bakı. 5 mart. REPORT.AZ/ Bu günə qədər Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən yol kəsişmələrində, səkilərində 340 pandus quraşdırılıb. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, iyulun 1-nə qədər paytaxtın 5 rayonunda, ümumilikdə, 415 pandus quraşdırılacaq. 

Qeyd edək ki, bu işlərə ötən il dekabrın 9-da başlanılıb.

Digər xəbərlər