Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayrılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan olunan tendering qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28