Bakıda daha bir ünvanda işıqforlar quraşdırılıb

Bakının Yasamal rayonunda, Nəriman Nərimanov prospekti, 125 ünvanında yeni işıqfor quraşdırılıb.

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ərazidə müvafiq nişanlanma xətləri təşkil edilib, nizamlanan eynisəviyyəli piyada keçidlərinin qarşısında panduslar inşa olunub.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25