Bakıda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakının Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Xatırladaq ki, təmir işləri oktyabrın 13-dən 14-nə keçən gecədən başlayacaq. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53