Bakıda avtobuslar gecikmə ilə hərəkət edir

Bakı. 5 mart. REPORT.AZ/ Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. 

Bu barədə “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, gecikməyə səbəb sıxlıqdır: "Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”.

Digər xəbərlər