Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığının səbəbi məlum olub

Sumqayıtla Bakı arasında kifayət qədər sərnişin sıxlığı var.

Bu barədə “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

"ADY olaraq biz də bunu başa düşürük. Ötən ilin əvvəlində günlük 24 min sərnişin daşınırdısa, hazırda 30 min sərnişin daşınır. Sıxlığın səbəbi bununla əlaqədardır", - deyə R.Rüstəmov bildirib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53