Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanma ilə bağlı video-çarx hazırlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı parklama yerlərində sürücülərdən qanunsuz ödəniş tələb edilməsi ilə bağlı video-çarx hazırlayıb.

"Report" xəbər verir ki, video-çarxda Agentliyin əməkdaşlarının gizli lentə aldığı görüntülər əks olunub.

Görüntülərdə "parkovşik"lərin sürücülərdən topladıqları pulun müəyyən hissəsini gündəlik "haqq" şəklində naməlum şəxslərə və yaxud ayrı-ayrı şirkətlərə verdiyinə dair danışıqlar yer alıb.

Digər xəbərlər