Bakı Nəqliyyat Agentliyi 2 milyon manatlıq tenderə yekun vurub

Bakı Nəqliyyat Agentliyi (BNA) balansındakı dayanacaqlarda çatışmazlıqların aradan qaldırılması, bəzi dayanacaqların sökülməsi və yenidən quraşdırılması, yeni dayanacaqların satın alınması və quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SM Construction Supplies" MMC-dir.

Qalib şirkətə 2,34 milyon manat ödəniləcək.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53