Bakı metrosunun "Nərimanov" stansiyasının çıxışında təmir işləri aparılır

"Bakı Metropoliteni" QSC "Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur.

İşlərin noyabrın sonuna qədər tamamlanması nəzərdə tutulur.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09