Bakı metrosunda qatarda nasazlıq yaranıb

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar" stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb".

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Digər xəbərlər