Bakı metrosu qarşıdakı 2 gündə işləməyəcək

5 iyun saat 00:00-dan 07 iyun saat 06:00-a qədər "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, fasilə Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarının 3.2 bəndinin şərtlərinə əsasən tətbiq edilir.

Digər xəbərlər

AZAL 34 yaşını qeyd edir 07 aprel, 2026 / 11:02