"Bakı Metropoliteni": Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir

Bakı. 31 iyul. REPORT.AZ/ "Bakı metrosunda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir". 

 "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

 O, bu barədə metroda gediş haqqının 20 qəpikdən 30 qəpiyə qaldırılmasına münasibət bildirərkən danışıb və bu rəqəmin də MDB məkanında ən aşağı olduğunu vurğulayıb: "Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz metro Azərbaycandadır"

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53