Bakı Limanı: "Əksər əməliyyatlar maneəsiz şəkildə icra edilir"

Hazırda Bakı Limanında əksər əməliyyatlar maneəsiz şəkildə icra edilir.

Bunu “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.

"Havanın kəskin dəyişməsi limanın fəaliyyətinə ciddi təsir etməyib, liman fəaliyyətini normal davam etdirir. Sadəcə küləyin sürəti normadan yüksək olduğundan hündürlükdə icra edilən bəzi əməliyyatlara qısa müddətə fasilə verilib, işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Limanın da yerləşdiyi Ələt qəsəbəsində güclü qar müşahidə edilmir", - deyə o qeyd edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53