İyunun 28-də, saat 11:00-da "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiqlənməsi, şirkətin Direktorlar Şurasının yenidən formalaşdırılması və digər məsələlər daxildir.
"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.