“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin səhmdarlarının iyunun 28-də, saat 11:00-a keçirilməsi planlaşdırılan illik ümumi yığıncağının vaxtı iyunun 24-nə dəyişdirilib.
"Repot" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və digər məsələlər daxildir. Şirkətin Direktorlar Şurasının yenidən formalaşdırılması məsələsi gündəlikdən çıxarılıb.
"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.