Bakı. 29 mart. REPORT.AZ/ Bu gündən etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafiki müvəqqəti olaraq dəyişir.
Bu barədə “Azərbaycan Dəmir Yolları”QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda bildirilib.
Belə ki, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmiri ilə əlaqədar olaraq aprelin 4-dək 672/671 saylı Bakı-Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək.