Bakı. 24 avqust. REPORT.AZ/ Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları – perron nəzarətçiləri, dispetçerlər və mütəxəssislər vahid uniforma geyinəcəklər.
Bunu “Report”a Kompleksin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.
Onun sözlərinə görə, sərnişinlər onları maraqlandıran bütün məsələləri qurumun əməkdaşlarından soruşa bilərlər.
Qeyd edək ki, bir qədər əvvəl avtovağzalda kassaların yeri dəyişdirilib.