“Azərsu” ASC-nin institutu kotirovka sorğusu elan edib

Bakı. 29 avqust.REPORT.AZ/ “Azərsu” ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun işçilərinə “Ultrasəs müayinəsi” mövzusunda tədris kursunun təşkili xidmətlərinin alınması məqsədilə kotirovka sorğusu elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi Murad Abışev, murad.abishev@azersu.az +994124314767 (1087)) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 5 sentyabr saat 16:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Kotirovka təklifləri “Azərsu” ASC, Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 6 sentyabr saat 16:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53