"Azərsu" daha bir tenderə yekun vurub

"Azərsu" ASC İKT sahəsində və Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin "Scada" sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə avadanlıq və mal-materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Touchess” MMC-dir.

Qalib şirkətə 49 635 manat ödəniləcək.

Digər xəbərlər