İndiyə qədər Azərbaycanın 54 şəhər və rayon mərkəzinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb, bunlardan 32-də su və kanalizasiya, 12-də isə su şəbəkələrinin tikintisi yekunlaşıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərsu" ASC-dən bildirilib.
"Eyni zamanda 22 şəhərdə yeni tullantı sutəmizləyici qurğu tikilərək istismara verilib, 7 şəhərdə qurğuların tikintisi davam etdirilir", - deyə səhmdar cəmiyyəti bəyan edib.