Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yerin təkinə elektron qeydiyyat və nəzarət sistemi" proqram təminatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Aris” MMC-dir.
Qalib şirkətə 5,3 min manat ödəniləcək.