Bu ilin yanvar-mart aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 36,3% çox - 345,1 milyon nəfər daşınıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, sərnişinlərin 86,4 %-i avtomobil nəqliyyatı, 13,2 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bundan başqa, hesabat dövründə ölkədə 1 il əvvələ nisbətən 5,7% çox - 49,3 milyon ton yük daşınıb. Yüklərin 2,9 %-i dəniz, 7,7 %-i dəmir yolu, 0,3 %-i hava, 55,9 %-i avtomobil nəqliyyatı, 33,2 %-i isə boru kəməri ilə daşınıb.
İl ərzində özəl sektora məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 6,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,9 % təşkil edib.