Bu ilin yanvar ayında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 505 fakt aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, bunun 472-si Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.
Həmin hallar üzrə 124 min kubmetr həcmində sərfiyyat bərpa olunub, 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 181 olmaqla Binəqədi rayonunda qeydə alınıb.