Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
"Report" xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin dekabrın 6-da imzaladığı fərmanla təsdiq olunub.