Azərbaycanda iki dəmiryolu deposu tikilir

Azərbaycanda vaqonların saxlanılmasi üçün iki depo tikilir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın İnkişaf Agentliyi ilə müqavilə mövcuddur:

"Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".

C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib.

Digər xəbərlər

Qubada WUF13 Festivalı başlayıb 30 aprel, 2026 / 13:51