Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % artaraq 823,7 milyon manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,9 %-i hüquqi şəxslərin, 48,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,3 % artaraq 419,9 milyon manat olub.