Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 568,3 min nəfər və yaxud 37,8 % çox sərnişin daşınıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Son 1 ildə bu nəqliyyat növü ilə yükdaşıma isə 38,1 % azalaraq 168,5 min ton olub.