Azərbaycanda bu ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 966,4 min sərnişin daşınıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur.
Daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 45,2 % azalaraq 117,5 min ton olub.