Azərbaycan və İran Rəşt-Astara dəmir yolu ilə bağlı müzakirələr aparacaq

İranın yol və şəhərsalma nazirinin müavini, dəmir yolları şirkətinin direktoru Səid Rəsuli “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və digər rəsmi şəxslərlə müzakirələr aparmaq üçün ötən gecə Bakıya səfər edib.

Bu barədə “Report”a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıq, xüsusilə Rəşt–Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.

S.Rəsulinin iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü də nəzərdə tutulub.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25