Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Report"un verdiyi xəbərə görə, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə Dünya Bankı ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.